«Neftçi»nin transferində maraqlı olduğu yeni oyunçunun kimliyi bilinib.
«Ağ-qaralar» Rikardinyonu sıralarına qatmaq iddiasındadır.
Paytaxt təmsilçisi hazırda «Kayrat»ın formasını geyinən braziliyalı hücumçuya dəvət göndərib. Cənubm amerikalı forvarda təklif olunan müqavilənin müddəti 2,5 ildir.
24 yaşlı «sambaçı» Qazaxıstan klubunda icarə əsasında çıxış edir. O, müqavilə ilə «Viktoriya Pilzen»ə məxsusdur.
"Sportinfo TV" bu xəbərlə bağlı video hazırlayıb.
Qeyd olunub ki, Çempionlar Liqasında mübarizə aparan «Kayrat»da 9 oyuna 2 qol vuran forvard «Sao Paulo»nun yetirməsidir.
Karyerası ərzində yerli «Qremio», «Maritimo», « Atlétiko Qoyanyense»nin formasını geyinib. 2023-2024-cü illəri Bolqarıstanda - «Levski»də keçirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

