“Neftçi” rəhbərliyi iki yeni transfer üçün… SON DƏQİQƏ

13:00 Neftçi 496
“Neftçi” rəhbərliyi iki yeni transfer üçün… SON DƏQİQƏ

«Neftçi» hazırda iki legionerlə danışıqlar aparır.

Saytımız bu barədə klubdan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, rəhbərlik transfer çalışmalarını sürətləndirib. Bu da Yuri Vernidubun istəyinə əsaslanır.

Belə ki, baş məşqçi yönətimdən iki mövqeyə yeni ounçuların alınmasını xahiş eləyib.

Ötən ilin dekabrından görəvdə olan ukraynalı çalışdırıcı sərəncamında mərkəz müdafiəçisi və vinger görməyi arzulayır.

60 yaşlı mütəxəssis bildirib ki, komanda güclənərsə, tezliklə qeyri-sabitlikdən xilas olmaq mümkündür.

Vernidub bu qənaətdədir ki, ondan əvvəl sükan arxasında dayanmış Samir Abasov yanlış kurs götürüb, «Neftçi»nin tələblərinə cavab verməyən bir sıra legionerləri düşərgəyə gətirib.

SPORTİNFO,AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti