"Neftçi"nin təklif irəli sürdüyü istedad Avropa klublarının DİQQƏTİNDƏ!

19:00 Neftçi 314
"Neftçi"nin təklif irəli sürdüyü istedad Avropa klublarının DİQQƏTİNDƏ!

"Neftçi"nin üzvü Murad Məmmədov legioner həyatı yaşaya bilər.

Gənc istedadın xidmətində bir neçə xarici klub maraqlıdır.

19 yaşlı vinger də ölkəni tərk etməyə hazırdır.

Bu barədə "ağ qaralar"ın rəhbərliyi də məlumatlıdır.

Hazırda bu istiqamətdə aktiv danışıqlar davam etdirilir.

U-21 millimizin üzvü peşəkar karyerasında yalnız "Neftçi"də çıxış edib.

O, Bakı təmsilçisində keçirdi 29 matçda 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, yayda müqaviləsi bitən yetirməsinə "Neftçi" yeni 3 illik anlaşma təklif etsə də, hələ razılığa gəlmək mümkün olmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti