“Neftçi” Almaniyanın tanınmış klubundan ayrılan vingeri “rənglərinə bağladı” - SON DƏQİQƏ

16:00 Neftçi 861
“Neftçi” Almaniyanın tanınmış klubundan ayrılan vingeri “rənglərinə bağladı” - SON DƏQİQƏ

«Neftçi» heyətinə yeni legioner qatıb.

Bir müddət baxışda olan Mamadu Diavara «ağ-qaralar»ın düşərgəsində qalıb.

Əvəzedici heyətin məşqlərinə cəlb edilən və yoxlanışdan keçən qvineyalı gənclə uzunmüddətli müqavilə imzalanıb.

Belçika vətəndaşlığına da malik 18 yaşlı afrikalı qarşıdakı 4 ayda «dubl»un formasını geyinəcək. Sol cinah vingeri yalnız iyul ayından etibarən əsas komandanın sıralarına qoşulacaq.

Diavaranın dünəni əsasən Belçikayla bağlıdır. Futbolda ilk addımlarını bu ölkədə atıb.

2015-ci ildə RSCA-nın akademiyasına götürülən yeniyetmə daha sonra «Gent»in diqqətini çəkib. 2018-ci ildə «Genk»in dəvətini qəbul edib.

Dörd il burada qalıb və 2022-ci ildə «Brugge» ilə anlaşıb. 2024-cü ildə Almaniyaya üz tutub, «Şalke 04»ün U-19 komandasının formasını geyinib.

O, hazırda azad agent statusu daşıyır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti