Uzun sürən qeyri-müəyyənliyə, nəhayət, son qoyuldu.
“Neftçi”qapıçısı Rza Cəfərovu “Qəbələ”yə icarəyə verdi.
Bakı klubu bunun müqabilində onun müqaviləsinin müddətini 2027/2028 mövsümünün sonunadək artırdı.
Rza Cəfərov satınalma şərti olmadan cari mövsümün sonunadək “Qəbələ”də çıxış edəcək.
2022/2023 mövsümündən “Neftçi”nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.
O, cari mövsüm 1 dəqiqə də forma geyinməyib. Sonuncu dəfə ötən ilin mayında rəsmi oyunda şans qazanan «əlcək sahibi» geridə qalan müddətdə Kenan Piriçin ehtiyatında gözdən itib.
«Antalyaspor»dan gələn bosniyalı və herseqovinalı həmkarı Premyer Liqanın 17 turunda da «çərçivə» önünə keçib.
Cəfərovu «Qəbələ»də də asan rəqabət gözləmir. Səlahət Ağayevin əlindən əlcəkləri almaq üçün çox çalışmalı olacaq.
Hər halda Ağayev sezonun geridə qalan hissəsində daimi praktika toplayıb. Rza «qırmızı-qaralar»ı məhz özünü göstərmək üçün seçib.
Yoxsa puldan qətiyyən söhbət gedə bilməz. Əyalət təmsilçisi icarəyə götürdüyü kiperə «Neftçi»dəki qədər - 8000 manat əməkhaqqı ödəyəcək.
SPORTİNFO.AZ

