“Mən indi bunun üzərində çalışıram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
2017-ci ildən ağ-qara formanı geyinən 34 yaşlı yarımmüdafiəçi mövcud durumu haqda danışıb:
“Qocaldığımı hiss edirəmmi? 34 yaşda artıq hiss edirsən ki, bərpaya daha çox vaxt lazım olur.
Əvvəllər qısa müddətdə iki oyunu daha rahat keçirirdim. Amma indi 3 gündən bir olan oyunlar ağır keçir.
Problemlərim daha çox təlim-məşq toplanışında olur. Ümid edirəm ki, bu dəfə yaxşı olacaq".

