«Neftçi»nin transferində maraqlı olduğu yeni oyunçunun kimliyi bilinib.
Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazanmaq şansını saxlayan «ağ-qaralar» Rikardinyonu sıralarına qatmaq iddiasındadır.
Paytaxt təmsilçisi hazırda «Kayrat»ın formasını geyinən braziliyalı hücumçuya dəvət göndərib. Cənubm amerikalı forvarda təklif olunan müqavilənin müddəti 2,5 ildir.
24 yaşlı «sambaçı» Qazaxıstan klubunda icarə əsasında çıxış edir. O, müqavilə ilə «Viktoriya Pilzen»ə məxsusdur.
Rikardinyonu 2024-cü ildə sıralarına qatmış Çexiya klubu onu öncə «Makkabi Hayfa»ya icarəyə verib. 2025-cü ilin yayından bəri isə «Kayrat»ın sərəncamındadır.
Çempionlar Liqasında mübarizə aparan «Kayrat»da 9 oyuna 2 qol vuran forvard «São Paulo»nun yetirməsidir.
Karyerası ərzində yerli «Qremio», «Maritimo», « Atlétiko Qoyanyense»nin formasını geyinib. 2023-2024-cü illəri Bolqarıstanda - «Levski»də keçirib.
SPORTİNFO.AZ

