“Neftçi”nin müqavilə təklifini geri çevirdi - Konkret bu səbəbə görə!

16:00 Neftçi 833
“Neftçi”nin müqavilə təklifini geri çevirdi - Konkret bu səbəbə görə!

Murad Məmmədov «Neftçi» rəhbərliyini məyus edib.

«Ağ-qaralar» öz yetirməsiylə müqavilənin müddətini uzatmağa hazırdır.

Paytaxt təmsilçisi 20 yaşlı yarımmüdafiəçiyə konkret təklif irəli sürüb.

Fəqət, tərəflər ortaq məxrəcə gələ bilməyib. Üst-üstə düşməyən amil maliyyə ilə bağlıdır. Belə ki, Məmmsədov ona təklif olunan maaşla razılaşmayıb, xeyli artığını istəyib.

Gənclər yığmasının üzvü razılaşarsa, daha 3 il ağ-qara formanı geyinəcək. Muradın mövcud sözləşməsi bu ilin yayınadək qüvvədədir.

Məmmədov artıq iki ildir əsas komandanın sıralarındadır. Yuri Vernidubun gəlişindən sonra sanki ikinci nəfəsi açılıb.

Samir Abasovdan fərqli, yeni baş məşqçi ona daha çox güvənir.

Təsadüfi deyil ki, o, Birləşmiş Ərəb Əmirlikliklərinin paytaxtı Əbu-Dabidə keçirilən təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərib, yoxlama görüşündə iki qol vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti