“Neftçi”dən yeni müqavilə bağlamaq üçün maaşının artırılmasını TƏLƏB ETDİ!

09:40 Neftçi 480
“Neftçi”dən yeni müqavilə bağlamaq üçün maaşının artırılmasını TƏLƏB ETDİ!

Xəbər verdiyimiz kimi, «Neftçi»nin qapıçısı Rza Cəfərov növbəti dəfə klubun rəsmiləri və məşqçiləri ilə görüşüb.

O, yetirməsi olduğu komandanın düşərgədən ayrılmaq niyyətini qətiləşdirdiyini bildirib.

Cari mövsüm meydana çıxmaq şansı əldə etməyən 23 yaşlı kiper yayadək başqa komandanın formasını geyinmək istədiyini söyləyib.

Millinin üzvü «Qəbələ»nin təklifini dəyərləndirməyə hazırlaşdığını qeyd edib.

Yuri Vernidub onun qərarına hörmətlə yanaşır və getməsinin əleyhinə deyil. Həmçinin rəhbərlik. Sadəcə, onların Cəfərova bir təklifi var.

Təklif də bundan ibarətdir - bitmək üzrə olan müqaviləni daha 2-3 il uzat, sonra səni icarəyə verək.

Aldığımız yeni məlumata görə, Rzanın məsələsinə yaxın 1-2 gün içində aydınlıq gələcək. Onun da öz növbəsində bir istəyi mövcuddur.

Altı aydır bosniya və herseqovinalı həmkarı Kenan Piriçin kölgəsində qalmış kiper maaşının artırılmasını şərt olaraq rəli sürüb. Yəni ki, kontraktı yeniləməyim lazımdırsa, əvvəlkindən çox əməkhaqqı verin.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!