"Neftçi"dən 100-cü...

01:00 Neftçi 57
"Neftçi"dən 100-cü...

Misli Premyer Liqasının 17-ci turu “Neftçi” üçün yubileylə əlamətdar olub. “Ağ-qaralar” “Zirə” ilə ev görüşündə qolsuz heç-heçə edib – 0:0.

Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, bu, “Neftçi”nin Azərbaycan çempionatlarında 100-cü belə matçı olub.

Bakı klubu qolsuz heç-heçələrin sayında yalnız “Qarabağ”dan (107) geri qalır.

"Ağ-qaralar”ın ilk qolsuz matçı 1993-cü il martın 6-da “Turan”la ev qarşılaşmasına təsadüf edib. Cari mövsümdə isə 4-cü dəfə belə nəticə qeydə alınıb.

Paytaxt təmsilçisi 49 dəfə səfərdə, 1 dəfə neytral meydanda qolsuz oyunun iştirakçısı olan komanda 50-ci dəfə ev görüşünü 0:0 ilə tamamlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 18:10 Çək və bizə göndər!