«Neftçi»nin qapıçısı Rza Cəfərov növbəti dəfə klubun rəsmiləri və məşqçiləri ilə görüşüb.
O, yetirməsi olduğu komandanın düşərgədən ayrılmaq niyyətini qətiləşdirdiyini bildirib.
Cari mövsüm meydana çıxmaq şansı əldə etməyən 23 yaşlı kiper yayadək başqa komandanın formasını geyinmək istədiyini söyləyib. Millinin üzvü «Qəbələ»nin təklifini dəyərləndirməyə hazırlaşdığını qeyd edib.
Yuri Vernidub onun qərarına hörmətlə yanaşır və getməsinin əleyhinə deyil. Həmçinin rəhbərlik. Sadəcə, onların Cəfərova bir təklifi var.
Təklif də bundan ibarətdir - bitmək üzrə olan müqaviləni daha 2-3 il uzat, sonra səni icarəyə verək.
Söhbət hələ bağlanmayıb. Yalnız danışıqların son fazaya yaxınlaşdığını deyə bilərik.
SPORTİNFO.AZ

