“Neftçi”nin çalışdırıcısı ”Qarabağ”a söz atıb, yoxsa..? - VİDEO

17:40 Neftçi 148
“Neftçi”nin çalışdırıcısı ”Qarabağ”a söz atıb, yoxsa..? - VİDEO

"Qarabağ"la bağlı dediklərinə görə Yuri Verniduba halaldır”.

Bu sözlər “Sportinfo TV”də yayımlanan “Futbol Manşet”də iştirak edən saytımızın əməkdaşı Həbib Aslanova məxsusdur.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ölkəsi Ukrayna mətbuatına müsahibə verib.

O, yerli həmkarımızın “Neftçi”ni yenidən zirvəyə qaytarmaq çətin olmayacaq? Nəzərə alaq ki, hazırda Azərbaycanda “Qarabağ” üstündür” sualına cavabında belə deyib :

“Niyə rəqibin əhvalını pozmayaq ki? (gülür). Ona görə mən bu çağırışı qəbul etmişəm. Mənə bura gəlib tanınmış klubda işləmək maraqlı idi.

“Neftçi” hazırda olması lazım olan mövqedə deyil. Bu isə məşqçi korpusumuz üçün stimuldur. Uzağa baxmadan, sadəcə, işləyəcəyik. Hər şey mümkündür”.

H.Aslanov Y.Vernidubun səsləndirdiyi bu fikirlərin “Neftçi” ilə “Qarabağ” arasında rəqabətə müsbət təsir edəcəyini bildirib. O, ukraynalı çalışdırıcının mövqeyini dəstəklədiyini söyləyib.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edə onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.

YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.

Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti