“Neftçi”də son tapşırıq verildi: “Siz səhv edə bilərsiz, amma qaçmaya bilməzsiz”

16:40 Neftçi 226
“Neftçi”də son tapşırıq verildi: “Siz səhv edə bilərsiz, amma qaçmaya bilməzsiz”

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub komanda üzvləri ilə toplantı keçirib.

Bir aydan artıqdır burada olan ukraynalı mütəxəssis istəkləri barədə futbolçulara xəbərdarlıq edib.

60 yaşlı çalışdırıcı bütün ümidlərinin Premyer Liqa ilə bağlı olduğunu xatırladıb, təcili surətdə yüksəlişə keçməyin vacibliyini vurğulayıb.

Bildirib ki, bundan sonra xal itkisindən maksimum dərəcədə qaçmaq, hər tur qələbəyə köklənmək lazımdır.

O, sezonun ilk bölümündə səkkizinci yeri tutmağı «böyük qəbahət» adlandırıb, nəticə əldə etməyin yollarını sadalayıb.

Vnrnidub diqqətə çatdırıb ki, hamı bir məqsəd ətrafında birləşməsə, uğursuzluq zolağından çıxmaq qeyri-mümkündür.

«Bir olmalıyıq, qələbəni istəməliyik və onun üçün çalışmalıyıq. Siz oyunda texniki səhv edə bilərsiz, mövqe səhvi edə bilərsiz, amma qaçmaya bilməzsiz.

Daim hərəkətdə olmalısız, bir yerdə dayanmamalısız. Bir-birinizi sığortalamağa çalışmalısız.

Kim dediklərimi etməsə, gəlib yanımda əyləşəcək» - təcrübəli sükançı mövqeyini birmənalı şəkildə ortaya qoyub.

Paytaxt təmsilçisi bu gün 17-ci turun oyununu keçirəcək. «Ağ-qaralar» doğma meydanda «Zirə» ilə üz-üzə gələcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti