“Neftçi” Fatih Terimi baş məşqçi postuna gətirir?

2 Oktyabr 2024 12:40 Neftçi 3 433
“Neftçi” Fatih Terimi baş məşqçi postuna gətirir?

Türkiyə futbol tarixinin ən titullu baş məşqçisi hesab olunan Fatih Terim hazırda işsizdir.

Son olaraq Yunanıstanda “Panatinakos”u çalışdıran “imperator” may ayından etibarən rəsmi formada heç bir komandada çalışmır.

Adı bir sıra Asiya klubları ilə hallanan Fatih Terim,bu mövzuda hansısa açıqlama verməyib. “Qalatasaray”da və Türkiyə millisində qazandığı uğurlarla tanınan Terimin məşqçilik kariyerasına Azərbaycanda davam edəcəyi ilə bağlı iddialar var.

Sportinfo.az xəbər verir ki, bununla bağlı yerli media yeni iddia irəli sürüb. 71 yaşlı mütəxəssisin konkret hansı yerli klubu çalışdıracağı mediadan gizlədilir.

Lakin iddialara görə, Fatih Terimin özü də Azərbaycanda işləməyə maraqlıdır. Bəzi proqnozlara görə, onun növbəti adresi ölkəmizin ən köklü klubu “Neftçi” olacaq.

Yeni mövsümə olduqca bərbad start verən “flaqman” komandaya yeni ruh gətirmək niyyətindədir.

Hazırki situasiyada Fatih Terimin maaşını qarşılayacaq ən potensiallı və real namizəd də məhz “Neftçi”dir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...