“Neftçi”dəki məşhur nəslin nümayəndəsini üzən nədir?

19 Mart 2023 16:40 Neftçi 999
“Neftçi”dəki məşhur nəslin nümayəndəsini üzən nədir?

Son oyunlarda inamlı təsir bağışlayan “Neftçi” Premyer Liqanın 27-ci turunda “Kəpəz”lə bərabərə qaldı – 2:2.

“Şamaxı” ilə səfər qarşılaşmasında son dəqiqələrdə gələn qolla 3 xalı bayram edən “ağ-qaralar” bu dəfə çempionatda qalmaq uğrunda mübarizə aparan kollektivi uda bilmədi.

Oyundan sonra “Neftçi”nin məşqçi və futbolçu heyətinin məyusluğu anlaşılan idi.

Buna baxmayaraq, komandanın gürcüstanlı hücumçusu Vato Arveladze Sportinfo.az-a danışmaqdan imtina etmədi:

“Çətin oyun olduğunu düşünürəm. Qələbə qazanmalı olduğumuz halda bunu bacarmadıq.

Səbəb isə əldə etdiyimiz qol imkanlarından yararlana bilməməyimiz idi. Hətta özüm də real qol şansını əldən verdim.

Nəticəyə görə üzgünük. İndiki halda edə biləcəyimiz bir şey yoxdur.

Bundan sonra irəli baxmalı, qələbələr haqda düşünməli və əldə etməliyik. Mövsümü adımıza yaraşan şəkildə başa vurmaq istəyirik”.

Ötən ilin avqustunda “Neftçi” ilə 1 illik müqavilə bağlayan məşhur nəslin nümayəndəsi cari Premyer Liqa mövsümündə meydana çıxdığı 15 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti