Derbidə "Qarabağ"a məğlub olan "Neftçi"də YENİ GÜNAHKAR

3 Oktyabr 2022 13:00 Neftçi 1 655
Derbidə "Qarabağ"a məğlub olan "Neftçi"də YENİ GÜNAHKAR

“Neftçi” Premyer Liqada ikinci məğlubiyyətini “Sabah”dan sonra “Qarabağ”dan aldı.

“Ağ qaralar” derbidə ilk hissə hesabı açsa da, ikinci yarı buraxdığı ardıcıl qollardan sonra məğlubiyyətlə barışmalı oldu – 1:3.

Təbii ki, qarşılaşmadan sonra müzakirələr sosial şəbəkələrdə də davam etdirildi. Ağdamlı tərəfdarlar parlaq qələbənin sevincini yaşayırdısa, “Neftçi” sevərlər günahkar axtarışına çıxmışdı.

Kimisi baş məşçinin yalnış heyət seçimini, kimisi rəqibin gücünü qabardırdısa, əksəriyyət Aqil Məmmədovu məğlubiyyətdə əsas səbabkar kimi görürdü.

Hətta buna görə onu ağır təhqir edənlərə də rast gəlmək mümkün idi. Biz isə təbii ki, təhqirdən uzaq, amma çox sərt tənqidlərdən ibarət seçilmiş rəyləri sizə təqdim edirik:

“Aqil Məmmədov komandadan qovulmalıdır”.

“Aqil “Neftçi”yə layiq qapıçı olmadığını bu gün də sübut etdi”.

"Bu gün Aqil “Qarabağ” formasında meydanda idi. Birinci qolu bilərəkdən buraxdı. O qolu uşaq da götürərdi. Üçüncü qolda niyə önə çıxmadı? Oturub nə gözləyirdi?”.

“Aqil bilirsiz qapısın necə toxunulmaz saxlayır? Boş tribuna önündə oynayanda. 200-300 azarkeş görəndə özünü itirir”.

“Stankoviç Aqilin vaxtında irəli çıxmamağına görə, axırda bizim dildə öyrənəcək. Adam elə bil oyunu oxuya bilmir. Yerdən tərpənənə kimi hamı gəlib topa çatır. Qolların dəqiq ikisində, əsas da birinci qolda səhvi var idi. Bu adam qapıya, əsas heyətə layiq deyil. Limiti həll edib, Brkiçə güvənmək lazımdır. O da möhtəşəm deyil, amma ən azından Aqildən yaxşı qapıçıdır”.

“Aqil çox ləngdir. Bəlkə də yaşla bağlıdır. Gec reaksiya verdiyi üçün toplara çata bilmir”.

“Aqilə görə belə oldu. Regekampf belə vacib oyunda bunu niyə qapıya qoyub?”.

“Azər milliləşməyib deyə məcbur bu oynayır. Brkiç yenə adi topları tutur. İlk qoldan sonra hər şey dəyişdi. Məhlə ilə meydanı səhv salır”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"