Türkiyəli tanınmış: “Neftçi” orada daha çox əziyyət çəksəydi…”

27 Sentyabr 2022 23:40 Neftçi 894
Türkiyəli tanınmış: “Neftçi” orada daha çox əziyyət çəksəydi…”

“Neftçi” hələ ilk oyunda qalib gələndən sonra demişdim ki, bu dəqiqə məğlubedilməz komanda yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq legioneri Suat Usta deyib.

2010-2012-ci illərdə ağ-qara formanı geyinmiş türkiyəli müdafiəçi hazırda menecerlik fəaliyyəti ilə məşğuldur.

Onun tez-tez səfər etdiyi “Rapid” Konfrans Liqasında “Neftçi”nin rəqibi idi. Sabiq komandası mərhələni adlaya bilsəydi, pley-offda “Konyaspor” – “Vaduts” cütünün qalibi ilə qarşılaşacaqdı.

Suatın bildirdiyinə görə, “Neftçi” Vyanada daha çox əziyyət çək məklə mərhələni adlaya bilərdi:

“Amma gördüyüm etibarilə ümumi nəticədə uduzdular. Halbuki mən bu gün “Rapid”i “Neftçi”dən heç də güclü komanda gözündə görmürəm.

Bəlkə də illər əvvəl belə olub, amma bugünkü şərtlər fərqlidir. “Konyaspor” çox təəccübləndirdi.

Ötən mövsüm kifayət qədər inamlı görünürdülər, baş məşqçini də saxladılar. Milyonlar heç nəyi həll etmir, bəzən sürprizlərlə rastlaşırsan.

Bu dəqiqə dünyanın bütün ölkələrində futbol oynamağı bacarırlar. Rəqibi ciddi almasan, aqibətin xoş olmayacaq.

“Şerif” “Real Madrid”i udur e, qardaşım!”.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular