"Neftçi"yə kənardan MƏSLƏHƏT: "İlk öncə buna diqqət edilməli və ardınca..."

8 Avqust 2022 23:40 Neftçi 1 379
"Neftçi"yə kənardan MƏSLƏHƏT: "İlk öncə buna diqqət edilməli və ardınca..."

"Neftçi"nin və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, təcrübəli mütəxəssis Yunis Hüseynov Sportinfo.az-a açıqlama verib.

O, "Neftçi"nin Konfrans Liqasında "Rapid"lə cavab oyunu öncəsi fikirlərini bildirib:

"Rapid"lə Bakıdakı matça "Neftçi" bir qədər ehtiyatlı başladı. Sanki rəqibin adından komandamız çəkinirdi. Amma 15-20 dəqiqədən sonra göründü ki, bu komandaya qarşı oynamaq, hətta qalib də gəlmək olar.

Bunun nəticəsidir ki, sonrakı dəqiqələrdə 2 top fərqi ilə önə çıxdıq. Bunda "Neftçi"li futbolçuların fərdi ustalığı da xüsusi rol oynadı. Təəssüflər olsun ki, son dəqiqələrdə qonaqlar fərqi azaltdı. Bu, ümidləri bir qədər azaltmış oldu. Əks halda səfərə daha ümidli getmək olardı".

Hüseynov cavab qarşılaşmasında təmsilçimizin oyunu müdafiədən qurmalı olduğunu dilə gətirib:

"Düşünürəm ki, ilk dəqiqələrdən "Rapid" qol vurmaq üçün hücuma atılacaq. Belə olan halda təmsilçimizin əks hücumda oynamağı bacaran oyunçuları var. Bakıdakı oyunda göründü ki, rəqib cinahlardan hücumlar təşkil etməyə çox üstünlük verirlər.

İlk növbədə məqsəd qol buraxmamaq olmalı və bu məqama diqqət edilməlidir. Ardınca mütləq ələ düşəcək qol şansların dəyərləndirmək lazımdır. Təbii ki, komandanın öz baş məşqçisi var. Sadəcə mən düşünürəm ki, o da qarşılaşmanı əks hücumda quracaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti