
"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın köməkçiləri bəlli olub.
Sportinfo.az xəbər verir ki, bunlar Viorel Dinu, Boqdan-Kornel Merişanu və Floren Aleksandrudur.
Dinu və Merişanu ilə artıq 2 illik müqavilə imzalanıb. Aleksandru ilə münasibətlər isə yaxın günlərdə rəsmiləşəcək.
Viorel Dinu köməkçi-məşqçi, Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, Floren Aleksandru isə qapıçılar üzrə məşqçi funksiyalarını yerinə yetirəcəklər.