“Forza Neftçi”dən Samir Abasov üçün “cəhənnəm”ə çevirəcək - ÇAĞIRIŞ

13 May 2022 20:20 Neftçi 1 137
“Forza Neftçi”dən Samir Abasov üçün “cəhənnəm”ə çevirəcək - ÇAĞIRIŞ

“Forza Neftçi” “Zirə” - “Neftçi” qarşılaşmasında Samir Abasov üçün stadionu cəhənnəmə döndərəcək.

Bunu indidən bilmək üçün azad azarkeş qrupunun anons xarakterli paylaşımına diqqət yetirmək kifayət edir.

“Forza Neftçi”nin “feysbuk” səhifəsində tribuna fotosunu paylaşılaraq üstünə “istefa” yazılıb. Burda məqsəd söhbətdən xəbərsiz olanların diqqətini çəkməkdir.

Paylaşımın anons hissəsində yazılanları oxuyanda Abasovu nələrin gözlədiyini indidən duymaq çətin deyil:

“13 ildir vahid mövqe sərgiləyən insanlar olaraq yenə komandamızın arxasında durub dəstəyimizi göstərəcəyik. Mövqeyimiz barədə hələ də xəbərsiz olanlar varsa, gəlib tanış ola bilərlər.

Bu oyunda bizimlə birgə dəstək vermək istəyənlər üçün: saat 14:30-15:30 aralığında “Ulduz” metrostansiyasın yaxınlığında toplanırıq”.

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutacaq ““Zirə” - Neftçi" qarşılaşması mayın 15-i saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti