"Neftçi”yə gələndən bu yana ilk dəfə…"

27 Yanvar 2022 02:30 Neftçi 1 050
"Neftçi”yə gələndən bu yana ilk dəfə…"

"Neftçi"nin müdafiəçisi Mert Çelik Antalya toplanışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın futbolçusu deyib:

"Toplanış yükləmələrlə getdi ki, bu da yaxşıdır. Bu cür toplanışdan sonra çempionatda uğurlu çıxış etmək istəyirik ki, yenidən yüksək pillələrə qayıdaq.

Oyun zamanı baş verən gərginlik? Qalib gəlmək istəyəndə bu cür hadisələr baş verir. Hadisələr meydanda qalır.

Ümidvaram ki, bu cür hadisələr təkrarlanmayacaq. "Neftçi”yə gələndən bu yana ilk dəfə sağ cinah müdafiəçisi kimi oynadım.

Çətindir. Çox öyrənmək lazımdır. Aydın məsələdir ki, bunun üçün həmin mövqedə daha çox oynamaq lazımdı.

Ümidvaram ki, özümü yaxşı tərəfdən göstərərəm”.

Digər Xəbərlər
Xəbər Lenti