"Neftçi" ilə 1,5 illik müqavilə imzaladı, “Qarabağ”a XƏBƏRDARLIQ ETDİ

23 Yanvar 2022 00:30 Neftçi 3 917
"Neftçi" ilə 1,5 illik müqavilə imzaladı, “Qarabağ”a XƏBƏRDARLIQ ETDİ

"Neftçi" yeni transferi İvan Brkiçı təqdim edib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.

“Neftçi” Brkiçə qədər Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Patonu heyətinə qatıb.

Brkiç paytaxt təmsilçisinin tarixində uğurlu xorvatiyalı oyunçu kimi yadda qalmaq istədiyini deyib:

"Buraya gəlməmişdin əvvəl də "Neftçi" azarkeşlərindən çoxlu mesajlar alırdım. Bu, məni sevindirir. Bütün fanatlara təşəkkürümü bildirirəm.

Əlimdən gələnin ən yaxşısını edəcəm. İnanıram ki, karyeramın ən yaxşı dönəmi məhz burada keçəcək. Düşünürəm ki, sonda qalib gələn tərəf də biz olacağıq".

Brkiç "ağ-qaralar"ın "Qarabağ" ilə rəqabətindən xəbardar olduğunu vurğulayıb: "11 xallıq fərqi aradan qaldırmalıyıq. Sonda bu mübarizədə qalib gələ bilərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?