“Qarabağ” bu komanda ilə qarşılaşacaq - Növbəti mərhələdə

00:40 Avropa Liqası 374
“Qarabağ” bu komanda ilə qarşılaşacaq - Növbəti mərhələdə

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Bolqarıstandan SSKA (Sofiya) səfərdə İrlandiya təmsilçisi “Derri Siti”yə səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, ilk görüşdə 3:2 hesabı ilə qalib gələn Sofiya təmsilçisi iki oyunun yekununa əsasən 5:3 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

Beləliklə, “Qarabağ” İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, Avropa Liqasının 2-ci təsnifat mərhələsində SSKA (Sofiya) ilə üz-üzə gələcək.

“Qarabağ” mərhələ adlasa, ilk oyunu iyulun 23-də Bakıda keçirəcək.

Ağdam təmsilçisi ilk oyunda “Vestri”ni 3:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!