Dörd komanda Azərbaycana gəlmək şansı qazandı

17 İyul 01:00 Dünya çempionatı 1 310
Dörd komanda Azərbaycana gəlmək şansı qazandı

U-19-lar arasında Uelsdə keçirilən Avropa çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, İspaniyanın çempion kimi başa vurduğu turnirdən U-20-lər arasında Azərbaycan və Özbəkistanda keçiləcək dünya çempionatına vəsiqə qazanan 4 komanda müəyyənləşib.

Yarımfinala yüksəlməklə İspaniya, Xorvatiya, Ukrayna və Almaniya bu vəzifənin öhdəsindən gəliblər. Avropadan daha bir komanda ölkəmizdəki mundialda iştirak edə bilər. Bu isə Danimarka yığmasıdır.

Pley-offda İtaliyanı penaltilər seriyası ilə üstələyən danimarkalılar konfederasiyalararası pley-off mərhələsinə adlayıb.

Danimarka orada Asiya, Cənubi Amerika və Okeaniyadan bir yığma ilə mübarizə aparacaq. Oradan isə 1 komanda U-20-lərin dünya çempionatına vəsiqə qazanacaq.

Dünya çempionatı 2027-ci ildə 24 komandanın iştirakı ilə təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!