“Qəbələ”nin bugünlərdə düşərgəsinə qatdığı legionerlərdən biri də Natan Monzanqodur.
Konqo Demokratik Respublikasından olan mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə bağlanıb.
25 yaşlı afrikalının son klubu “Bravo” (Sloveniya) olub.
O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor”un (Türkiyə) şərəfini qoruyub.
Natan ”Qəbələ” ilə münasibətlərini rəsmiləşdirməzdən öncə ”Şəfa”dan təklif alıb. Lakin dəvəti geri çevirib.
Bilavastə maliyyə şərtlərinə görə. Premyer Liqaya vəsiqə qazanmış paytaxt təmsilçisinin 6500 dollarlıq çağırışı onu qane etməyib.
Əlbəttə, ”qırmızı-qaralar”ın aylıq 10 min dollar maaş təklifi Natana daha xoş gəlib.
SPORTİNFO.AZ

