"Neftçi"dən təklif alandan sonra dərhal bir neçə…”

22 Yanvar 20:20 Neftçi 966
"Neftçi"dən təklif alandan sonra dərhal bir neçə…”

"Burada olduğum üçün çox şadam və xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi İvan Brkiç klubun rəsmi televiziyasına müsahibəsində deyib.

29 yaşlı qapıçı böyük və tarixi kluba keçdiyini bildirib: "Komandanın çoxlu ambisiyaları var. Klub üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram".

Xorvatiyalı qolkiper danışıqlar prosesinin 6-7 gün əvvəl başladığını söyləyib: "Neftçi"dən təklif alandan sonra dərhal bu ölkədə çıxış edən bir neçə oyunçu ilə əlaqə saxladım.

"Qarabağ"da oynayan futbolçu və "Neftçi"dən Voislav Stankoviçlə danışdım. Klub haqqında çox yaxşı məlumatlar verdilər".

Oyunçu "Neftçi"nin keçmiş xorvatiyalı futbolçusu Qoran Paratski ilə əlaqə saxlamadığını sözlərinə əlavə edib:

"İstra"da birlikdə oynadığımız müddətdə yaxşı münasibətimiz olub. Amma onun daha əvvəl "Neftçi"də çıxış etdiyini bilmirdim.

Bu mövzu haqqında danışmamışıq. Bu gün ona yazıb bəzi məsələlər haqqında soruşacam".

Digər Xəbərlər
Xəbər Lenti