Yığmamızın müdafiəçisi Belçika klublarının maraq dairəsində olmasından xəbərsizdir

20 Yanvar 2022 19:20 Neftçi 962
Yığmamızın müdafiəçisi Belçika klublarının maraq dairəsində olmasından xəbərsizdir

"Keçmiş komanda yoldaşlarımla görüşmək və eyni meydanı bölüşmək əla hissdir".

"Visla"nın (Plotsk) futbolçusu Anton Krivotsyuk Türkiyənin Antalya şəhərində "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçı haqda "ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında deyib.

Azərbaycan millisinin müdafiəçisi görüşün ağır keçdiyini bildirib: "Neftçi"də toplanışın intensivliyi aşağıya doğru gedir.

Biz isə bura dünən gəlmişik və 2 ağır məşqimiz olub. Rəqibin bizdən daha yaxşı olduğu meydanda da görünürdü".

24 yaşlı oyunçu Belçika klublarının maraq dairəsində olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Məndə bu cür məlumat yoxdur. İlk dəfədir eşidirəm".

Krivotsyuk Polşa "Legiya"sından ayrılmaq istəyən Mahir Emrelinin durumu haqqında isə danışmaq istəməyib: "Mahirin özünə sual versəniz, daha yaxşı olar".

Anton Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı