“Neftçi”nin “9 nömrəsi” Braziliyadan DANIŞDI: “Sürpriz oldu”

13 Yanvar 2022 19:00 Neftçi 1 081
“Neftçi”nin “9 nömrəsi” Braziliyadan DANIŞDI: “Sürpriz oldu”

“İstirahəti Braziliyada keçirdik. Xeyli vaxtdır ailəmdən uzaq düşmüşdüm.

Ona görə də bayramları onların yanında olmağı üstün tutdum”.

“Neftçi”nin “vuran ayağı” Tyaqo Bezerra Sportinfo.az-a açıqlamasında qış fasiləsini necə keçirməsindən danışıb.

“9 nömrə” təkcə dincəlməyib. O, həm də fiziki formasını qorumaq haqda düşünüb:

“Təbii, lazımınca istirahət edə bildim. Xoş günlər keçirdik, əyləndik. Amma işim təkcə əylənmək deyildi.

Neftçi”dən bizə verilən var idi ki, ona uyğun məşqlər edirdim. Çünki 3-4 həftəlik fasilədən fiziki formanı qorumaq çox vacibdir. Ümid edirəm ki, verilən tapşırıqları yerinə yetirmişəm”.

Koronavirusa yoluxan Bezerra bu səbəbdən komandasının Bakıdakı toplanışına vaxtında qoşula bilmədi. “Ağ-qaralar” Antalyada hazırlıq keçdiyi halda futbolçu hələ də Braziliyadadır.

Virusa yoluxması Tyaqo üçün sürpriz olub: “Koronavirusa yoluxacağımızı ağlımızdan da keçirmirdik. Çünki xəstəliyin heç bir əlaməti yox idi.

Bakıya uçmaq üçün test verdik, nəticəsi pozitiv çıxdı. Bizim üçün sürpriz oldu.

Eybi yox, həyatdır, hər şey ola bilər. Ən vacibi odur ki, bu gün özümüzü yaxşı hiss edirik və komandaya qoşulmağı səbirsizliklə gözləyirəm”.

Tyaqo Bezerra cari mövsümdə “Neftçi”nin heyətində meydana çıxdığı 9 oyunda 4 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti