Bu futbolçular “Neftçi”nin formasını geyinməyəcək

5 Dekabr 2021 22:40 Neftçi 1 658
Bu futbolçular “Neftçi”nin formasını geyinməyəcək

“Neftçi”nin zədəli futbolçuları üçün il bitib.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun baş məşqçisi Samir Abasov məlumat verib.

Azərbaycan Premyer Liqasının XIII turunda “Sumqayıt”la (0:0) qarşılaşmadan sonra CBC Sport kanalına açıqlama verən 43 yaşlı mütəxəssis 4 oyunçunun “Qəbələ”yə qarşı ilin son görüşünü buraxacağını söyləyib.

O, seneqallı müdafiəçi Mamadu Mbodj, argentinalı yarımmüdafiəçi Xorxe Korrea və paraqvaylı pleymeyker Sezar Meza Kollinin zədədən əziyyət çəkdiyini, fransalı müdafiəçi Romen Baskın isə hərarətinin olduğunu söyləyib.

Çalışdırıcı adıçəkilən futbolçuların Premyer Liqanın XIV turundakı görüşdə sərəncamında olmayacaqlarını bildirib.

"Qəbələ” – “Neftçi” oyunu dekabrın 15-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR