"Neftçi"nin 2 yerli futbolçudan aldığı siqnal

24 Oktyabr 2021 14:00 Neftçi 2 088
"Neftçi"nin 2 yerli futbolçudan aldığı siqnal

Samir Abasov sakitdir. Zahirən belədir indi.

Kreslosunun dayaqlarının bərkitdiyini göstərir sanki.

Əlinin altındakı heyət kifayət qədər genişdir, necə istəyir, o cür də yararlanır.

Rotasiya etmək onunçün su içmək qədər asandır. Başqa hansı məşqçinin sərəncamında bu qədər legioner var ki..?

«Zirə» ilə sərgilənən oyun bir hekayəyə bənzədi. Abasov 2:1-i şansına minnətdarlıq hissi ilə xatırlayacaq yəqin.

Sezar Meza Kolli ilə Mirabdulla Abbasovun başla vurduğu qollar bir əks-hücum həmləsinin sonluğunu gətirdi. Oyun olaraq ondan gözləniləni verə bilmədi «Neftçi».

Bəxt öz yerində, bununla bərabər, Abasovun oyunu «oxumaq» təcrübəsinin artdığıın demək gərəkdir.

İkinci hissənin ortasında etdiyi iki əvəzləmə qələbəni rəsmiləşdirdi. Onlardan biri – İsmayıl Zülfüqarlı məhsuldar ötürmə verdi, digəri – Mirabdulla Abbasov adınıı tabloya yazdırdı.

«Neftçi»ni ən çox sevindirməli olan bu iki yerli futbolçunu qazanmağa başlamasdır. İsmayıl artıq daha çox forma geyinir, Mirabdulla da futboldan soyumadığını, həvəsdən düşmədiyini göstərir.

Bu, müsbət siqnaldır. Davamını Vüsal Əsgərovdan, Fəhmin Muradbəylidən, başqalarından görək!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!