Görün, “Neftçi”nin futbolkasını Braziliyada nə üçün istifadə etdi – FOTO

21 Oktyabr 2021 17:00 Neftçi 3 141
Görün, “Neftçi”nin futbolkasını Braziliyada nə üçün istifadə etdi – FOTO

“Kəpəz”lə “Neftçi”nin sabiq yarımmüdafiəçisi Dario Federiko vaxtilə əyninə geyindiyi ağ-qara formanı Braziliyada uduşa qoyub.

30 yaşlı braziliyalı futbolçu “Primos” saç kəsimi salonunun müştəriləri üçün oyun təşkil edib.

Belə ki, iki dəfə saçlarını kəsdirən və ya bir gedişdə saçlarını kəsdirməklə yanaşı, üzünü də təmizlətdirən müştərilər Darionun “Neftçi”də geyindiyi imzalı formasını əldə etmək şansı qazanıb.

Yekunda qalib ata Daniel Morelli ilə oğlu Qabriel Morelli olub. Maykanı qaliblərə Federiko şəxsən təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular