"Neftçi"nin baş məşqçisi: "Çox şey baş verə bilər"

26 Sentyabr 2021 12:40 Neftçi 794
"Neftçi"nin baş məşqçisi: "Çox şey baş verə bilər"

"Oyunadək çox şey baş verə bilər".

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov bu gün səfərdə "Sabah"a qarşı keçirəcəkləri Premyer Liqanın V tur oyunu haqda danışıb.

O, start heyətini müəyyənləşdirdiyini deyib:

"6+5 limitinə əsasən heyəti qururuq. Kimsə sıradan çıxsa, sistemi də dəyişə bilərik. Amma beynimizdə start heyəti qurmuşuq. Əsas odur ki, bu matça tam hazırıq".

Abasov paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollinin durumunun yaxşı olduğunu vurğulayıb: "Meza Kolli komanda ilə məşq edir, özü də həddindən artıq həvəslidir".

Digər Xəbərlər
Xəbər Lenti