“Neftçi” qələbə həsrətində olduğumuz günün tilsimini qıracaqmı?

28 İyul 2021 14:40 Neftçi 827
“Neftçi” qələbə həsrətində olduğumuz günün tilsimini qıracaqmı?

“Neftçi” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, II təsnifat mərhələsinin “Olimpiakos”la cavab matçı uğursuz tarixə təsadüf edir.

Azərbaycan klubları heç vaxt iyulun 28-də avrokubok qarşılaşmasını qələbə ilə tamamlamayıb. “Neftçi” qələbə həsrətində olduğumuz günün tilsimini qırmalıdır.

İndiyədək 5 dəfə komandalarımız bu gündə meydana çıxıb. Onlardan ikisində heç-heçə qeydə alınıbsa, üç dəfə rəqiblər qalib gəlib.

Düzdür, heç-heçələrdən biri Fransada “Lill”ə qarşı olub. “Qəbələ”nin “Böyük beşlik” təmsilçisini keçməsində həmin sülhün rolu böyükdür.

“Bakı” isə evdə “Levski” ilə görüşdən qolsuz ayrılıb. Paytaxtın eyniadlı təmsilçisi, “Xəzər Lənkəran” və “Qarabağ” isə iyulun 28-də məğlubiyyət acısı yaşayan klublarımızdır.

Azərbaycan klubları iyulun 28-də
28 iyul 2005. “Jilina” (Slovakiya) – “Bakı” - 3:1
28 iyul 2005. “Xəzər Lənkəran” - “Nistru” (Moldova) - 1:2
28 iyul 2009. “Bakı” – “Levski” (Bolqarıstan) - 0:0
28 iyul 2011. “Brügge” (Belçika) – “Qarabağ” - 4:1
28 iyul 2016. “Lill” (Fransa) – “Qəbələ” – 1:1

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”