"Neftçi"nin prezidenti ilə baş məşqçi arasında NÖVBƏTİ GƏRGİNLİK

25 İyul 2021 11:20 Neftçi 2 030
"Neftçi"nin prezidenti ilə baş məşqçi arasında NÖVBƏTİ GƏRGİNLİK

«Neftçi» gələn həftə Çempionlar Liqasında həlledici matça çıxacaq.

«Ağ-qaralar» ikinci təsnifat mərhələsinin cavaab oyunları çərçivəsində «Olimpiakos»u qəbul edəcək.

Azarkeşlər Yunanıstanda keçirilən ilk qarşılaşmada 0:1 hesabıyla məğlub olan paytaxt təmsilçisindən bu dəfə revanş gözləyir.

Təəssüf ki, belə bir məqamda «Neftçi»nin düşərgəsindən heç də xoş olmayan xəbərlər gəlməkdədir. Yenə də hadisələrin mərkəzində klubun prezidenti Kamran Quliyev gəlir.

Onun Samir Abasovdan şikayətçi düşməsi burada yer alan hər kəsə bəllidir. Bu giley-güzar artıq SOCAR mənsublarınn, o cümlədən, klubun Müşahidə Şurasına üzv olan Cəbrayıl Cəbrayılovun da qulağına çatıb.

Quliyevi hiddətləndirən baş məşqçinin onunla saymazyana davranmasıdır.

Belə ki, məşqi izləməyə gələn prezident Abasov tərəfindən etinasız qarşılanıb. Samir bəy onunla salamlaşmayıb. Quliyevi görməzdən gələn çalışdıırıcı heç nə olmamış kimi məşqi davam etdirib.

Tərəflərin soyuq münasibəti Sloveniya toplanışında özünü göstərib. Aradan «qara pişik» keçib? Belə də demək olar.

Abasovu rəhbər şəxslən narazı salan istədiyi transferlərin edilməməsi, alınan yeni legionerlərin düşərgəyə gec qoşulmasıdır. O. hesab edir ki, yönətim komandanın gücləndirilməsinə can yandırmır, «bazarlığ»a barmaqarası yanaşır.

Digər tərəfdən, Abasov traansfer əməliyyatlarında kənar şəxslərin iştirakına qarşı çıxıb. Bu sə idarəçilərin xoşuna gəlmir.

Axı 2018-ci ildən bəri bir qayda olaraq yeni futbolçuların alınması prosesində Quliyev yaxından iştirak edib. Klub prezidenti təklif olunan oyunçunun səviyyəsi barədə rəy verməklə yanaşı, maliyyə şərtlərinin müzakirəsində aktiv rol alıb.

Abasov çempion titulu əldə edəndən sonra dəngələri dəyişib. Komanda üzərində nəzarəti tamamilə öz əlinə keçirib və səlahiyyət dairəsini böyüdüb.

O, avrokuboklarda uğurlu çıxışın yolunu səviyyəli, yəni, bahalı legionerlərin alınmasında görür. Son mətbuat konfranslarında etdiyi şikayətin qayəsində də bu dayanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!