Klubsuz qalmamaq üçün “Neftçi”nin təklifini qəbul edib

20 İyul 2021 00:42 Neftçi 2 774
Klubsuz qalmamaq üçün “Neftçi”nin təklifini qəbul edib

“Havr”dan ayrılan Romen Bask "Neftçi" ilə müqavilə bağlamasının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "ağ-qaralar"dan gələn təklifin onu düşünməyə vadar etdiyini bildirib:

"Bu barədə baş məşqçi Pol Le Quenlə danışdım. Onun mənimlə bağlı fikrini bilməliydim. Çünki sentyabrda ilk övladımız dünyaya gələcək.

Fransa klublarının necə çətin vəziyyətdə olduğunu bilirik. Hiss etdim ki, məni artıq komandada düşünmürlər.

Qeyri-müəyyənlik davam edirdi. Yeni mövsümdə klubsuz da qala bilərdim. Bütün bunlar ayrılıq qərarı verməyimə səbəb oldu".

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!