Kamran Quliyevin “Neftçi”də məvacibi 3 dəfə artacaq

21 İyun 2021 11:40 Neftçi 1 610
Kamran Quliyevin “Neftçi”də məvacibi 3 dəfə artacaq

“Neftçi”nin düşərgəsində əla əhval-ruhiyyə var.

SOCAR komandaya ayırdığı vəsaiti 3 dəfə artırmaq niyyətindədir.

İndiyə qədər bu məbləğ illik 10 milyon manat idi. Bundan sonra isə 30 milyon manat olacaq.

Bəs SOCAR bu addımı nəyə görə atıb? Çoxları hesab edir ki, “Neftçi” çempion olduğu üçün əsas sponsor da səxavətli olub. Amma belə deyil.

SOCAR-dakı mənbənin “Sportinfo.az”a verdiyi məlumata görə, vəsaitin artırılması Kamran Quliyevin transferi ilə birbaşa bağlıdır.

Sponsor belə uğurlu transferə biganə qalmayıb, komandanın motivasiyasını artırmaq üçün büdcəni artırıb.

Klubdakı mənbənin verdiyi məlumata görə isə “Neftçi” rəhbərliyi Kamran Quliyevin məvacibini artırmaq niyyətindədir. SOCAR ona görə vəsaiti 3 dəfə artırdığı üçün rəhbərlik də Quliyevin məvacibini bir o qədər artıracaq. Yəni Kamran Quliyev ayda 30 min 315 manat məvacib alacaq.

Yeri gəlmişkən, onu a deyək ki, Kamran Quliyev hələ də “Neftçi”nin heyətində meydana çıxmayıb. Bu da komandanın azarkeşlərini ciddi narahat edir.

Üstəlik, futbolçu mətbuata da açıqlama vermir. “Neftçi”nin baş məşqçisi Samir Abasov bunun səbəbini izah edib. O bildirib ki, Kamran Quliyevin yüngül zədəsi var.

Dağıdıcı oyunçu dil əzələsini dartıb. Samir Abasov bildirib ki, Çempionlar Liqasının qarşılaşmasına qədər zədənin sağalacağını düşünür.

Ondan sonra Kamran Quliyev öncə mətbuata danışacaq. Meydana nə vaxt çıxacaq? Samir Abasov bu suala belə cavab verib: “Onu Allah bilər”. Bizim də “Allah kərimdir” deməkdən başqa əlacımız qalmır (atmaca) (Atmaca).

BİZ

Digər Xəbərlər
Xəbər Lenti