“Neftçi”ni çalışdıran: "Aralarında yerlə-göy qədər fərq var"

18 İyun 2021 19:40 Neftçi 1 264
“Neftçi”ni çalışdıran: "Aralarında yerlə-göy qədər fərq var"

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək “Neftçi”nin də mümkün rəqibi bəlli olub.

"Ağ-qaralar" birini təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Dinamo”nu (Tbilisi) keçsə, 2-ci raundda "Olimpiakos" ilə qarşılaşacaq. İlk oyun Yunanıstanda olacaq.

İkinci təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab görüşləri 27-28 iyulda keçiriləcək.

Bakılıların baş məşqçisi Samir Abasov "Olimpiakos" barədə hələ düşünmədiklərini vurğulayıb:

"Bunlar tam fərqli rəqiblərdir. Aralarında yerlə-göy qədər fərq var. Gürcüstan futbolu bizə yaxındır.

Bəlkə də "Dinamo" ilə "Neftçi"ni eyni tərəziyə qoymaq olar. Hər ikisi öz ölkəsinin flaqmanıdır.

"Olimpiakos" isə tamam başqa səhifədir. Bu barədə I mərhələni keçəndən sonra danışarıq. Bəzi çətinliklərimiz olsa da, nikbinik. Əhval-ruhiyyə yaxşıdır".

Digər Xəbərlər
Xəbər Lenti