
Keysuke Honda "Neftçi" ilə rəsmi matçlarda ilk qolunu vurub.
Sportinfo.az xəbər verir ki, yaponiyalı futbolçu Azərbaycan Premyer Liqasının 25-ci turunda hazırda davam edən "Keşlə" ilə oyunda komandasının ikinci qolunun müəllifi olub.
35 yaşlı yarımmüdafiəçi 74-cü dəqiqədə fərqlənib.
K.Honda martın 15-i "Neftçi" ilə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.