Samir Abasov qərarını verdi – “Neftçi” qalsam, onu saxlamayacam

6 Mart 2021 22:20 Neftçi 2 221
Samir Abasov qərarını verdi – “Neftçi” qalsam, onu saxlamayacam

“Neftçi” 2 həftə öncə sıralarına qatdığı Ahmed Ahmedovun transfer hüququnu almayacaq.

Sportinfo.az bu barədə məlumatı klubdan əldə edib.

Verilən bilgiyə görə, Samir Abasov bolqarıstanlı hücumçunun komandanı gücləndirmək iqtidarında olmadığı qənaitindədir. Baş məşqçi burada qalacağı halda,

26 yaşlı forvardı düşərgədən göndərəcək. İdarəçilər də onunla həmfikirdir. Klubun kuratoru Mikayıl İsmayılovun göstərişi ilə komandaya götürülən balkanlı legionerin icarə müqaviləsi 4 aydır.

Sofiya MOİK-i müqavilə ola ona məxsus hücumçuya 150 min avro qiymət qoyub. Ahmedov Premyer Liqada ağ-qara formayla çıxdığı 3 qarşılaşmada fərqlənə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!