Abasov küsdü, futbolçuları cəzalandırmağa cəsarət etmədi

1 Mart 2021 13:00 Neftçi 1 195
Abasov küsdü, futbolçuları cəzalandırmağa cəsarət etmədi

Məlum olduğu kimi, "Zirə"yə məğlubiyyətdən (0:1) sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov buraxılan qolda bəzi futbolçuları sərt şəkildə günahlandırmış və onların cəzalanacağını açıqlamışdı.

Dünən isə xəbər vermişdik ki, Samir Abasov klub rəhbərliyinə xəbərdarlıq edıb.

O, , bəzi futbolçuların komandanın səviyyəsinə uyğun gəlmədiyini bildirib. Mütəxəssis son turlarda yaxşı təsir bağışlamayan oyunçuları cəzalandırmaq fikrindədir.

Onun niyyəti onları yalnız düşərgədən kənarlaşdırmaq deyil, eyni zamanda, böyük məbləğdə cərimələməkdir. Abasov sərəncanındakı heyət üzvlərinin idman rejiminə riayət etməməsindən və artıq çəki yığmasından da narazı qalıb.

Amma Samir Abasov son anda sözünün üstündə durmayıb. Komandadaxili iclasda futbolçuları tənbeh etsə də, onları cəzalandırmağa özündə cəsrət tapmayıb.

Anton Krisotsyuk və Mamaud Mbodju əvəzedicip heyətə göndərəcəyi ilə bağlı yayılan bəzi xəbərlər doğrulmayıb - hər iki müdafiəçi hazırda düşərgədədir və son oyunlarda yol verdikləri xətalara görə «gözün üstdə qaşın var» kəlməsini eşitməyiblər.

Görünür, atacağı sərt addımın bumeranq kimi əks effekt verməsindən ehtiyatlanıb.

Özünə də məlumdur ki, buradakı əksər legionerlər tərəfindən sevilmir. Düzdür, futbolçular mətbuata açıqlamalarında tamam başqa cür danışır, ancaq baş məşqçi yaxşıı bilir ki, bu, qeyri-səmimi fikirlərdir.

Əcnəbi futbolçuları ondan incik salan kobud danışıq tərzidir. Necə dəfə olub ki, Abasovun yanaşma tərzindən klub rəsmilərinə şikayətləniblər.

İndi isə baş məşqçi hamıdan incik gəzir, çox dinib-danışmır. O, hələ də «Zirə»yə məğlubiyyətin şokunlan ayıla bilməyib. Rəşad Sadıqova uduzmaq necə pis təsir edibsə, hətta çevrəsindəkilər ilə təmasdan qaçır.

Başa düşmək olar - o, «Neftçi»nin sükanı arxasına əyləşəndən bəri 4 dəfə keçmiş komandasıyla qarşılaşııb və heç birində sevinməyib - iki məğlubiyyət, iki heç-heçə.

«Zirə» onları ölkə kubokunun ¼ final mərhələsindən uzaqlaşdırmaqla, həm qarşılarına qoyulan məqsədi yerinə yetirmələrinə imkan verməyib, həm də Premyer Liqanın 17-ci turundakı qələbəylə yolunun üzərinə «daş düzüb».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti