"Neftçi"də Messi yox, Ronaldo yox, "Zirə"ni necə udsun?

27 Fevral 2021 16:00 Neftçi 605
"Neftçi"də Messi yox, Ronaldo yox, "Zirə"ni necə udsun?

Tamaşaçılar "Zirə" - "Neftçi" qarşılaşmasını səbirsizliklə gözləyirdi.

Pandemiya səbəbiylə minlərlə fanatın biletləri əllərində qalmışdı.

Bilirdilər ki, stadiona düşə bilməyəcəklər. Bakıya gəlib, heç olmasa, kumirlərinin tər iyini almaq istəyirdilər.

Təsəlli o idi ki, matç 121 ölkəyə canlı yayımlanırdı.

Azarkeşlər öz evlərində qarşılaşmanı rahat seyr edə bilərdilər.

"Zirə" oyuna gözlənilməz heyətlə çıxmışdı. Varlığa nə darlıq, çox geniş seçimləri var. Qapını bu dəfə Samir Handanoviç qoruyurdu. Handan-hana cərimə meydanına bir futbolçu girə bilmirdi. Serxio Ramos, Pepe müdafiənin dirəyi idilər.

Limit Pike kimi futbolçunun meydana çıxmasına imkan vermirdi. Komandada dəmir intizam öz yerində - heç kim cınqırını da çıxara bilməzdi.

"Neftçi"li Kane, "Zirə"li Maneyə qarşı kobudluq edir, hakimin fiti susur. Mbappe, Neymar rəqib müdafıəçılərə nəfəs almağa imkan vermir.

İkinci yarıda braziliyalı zədələnir, yerinə Salah çıxır, məşqçi meydanda yerdəyişmələr etməyə məcbur olur. Ehtiyatda oturan Morata özünə yer tapa bilmir, meydana can atır.

"Neftçi" ağır duruma düşüb. Cəzalı, zədəli futbolçuların sayı baş alıb gedir. Baş məşqçi başını itirib. Messi nə vaxt sıraya dönəcək, bilinmir, Ronaldo əzələsini dartıb.

Komanda iflic vəziyyətə salınıb. Yüz dəfə məsələ qaldırılırdı ki, heç olmasa, ehtiyata Eden Azarı gətirin. Messi, Ronaldo azarlayanda, Azar meydana çıxıb sözünü desin. Gətirmədilər.

"Zirə"nin heyətinə baxanda, adamın gözü qamaşır. "Neftçi"də Messi yox, Ronaldo yox, "Zirə"yə qalib gəlmək olar?

Canım ay, Azərbaycan futbolu! "Neftçi" nə etsin, "Zirə"də dünya ulduzları oynayır.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti