İsmayılovla Cəbrayılov at fermasını nəzarəti "Neftçi" rəhbərliyinə tapşırdı

23 Fevral 2021 13:00 Neftçi 1 132
İsmayılovla Cəbrayılov at fermasını nəzarəti "Neftçi" rəhbərliyinə tapşırdı

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov kuratoru olduğu "Neftçi"nin rəhbərliyinə yeni vəzifə "yükləyib".

Bu dəfə futboldan tamamilə kənar, amma idmana hardasa bağlı olan sahə ilə bağlı.

Belə ki, o, respublikanın qərb bölgəsində aat feraması yaradıb.

2012-ci ildən müavini vəzifəsində çalışan, 31 mart 2015-ci ildən "Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvü olan Cəbrayıl Cəbrayılovla bərabər.

Burada müxtəlif cinslərdən olan bahalı atlar saxlanılır. Hətta deyilənə görə, fermada qiyməti 250-300 min manat təşkil edən atlara rast gəlmək mümkündür.

"Neftçi"nin transfer büdcəsini azaldan, normal qiymətə futbolçu almasına icazə verməyən İsmayılov və Cəbrayılov ata bu qədər pul verməyə razılaşır…

Maraqlıdır deyilmi?

Adlarını çəkdiyimiz şəxslər atlara marağı ilə bilinir. Onlar hər fürsətdə bölgəyə səfər edərək, vaxtlarını at çapmaqla keçirirlər. İndi həmin bu fermaya nəzarət "Neftçi" rəsmilərinə tapşırılıb.

Atlrın bəslənilməsi və məsrəfi barədə vaxtaşırı məlumat vermək klub nümayəndələrinin öhdəsindədir.

Görünür, son vaxtlar şirkətin strukturunda parılan islahatlar, həmçinin maliyyə yoxlamalarından sonra İsmayılovla Cəbrayılovun atlarla məşğul olmağa çox vaxtı yoxdur.

Belə deyək, başları öz işlərinə qarışıb. Hələlik belədir. Ancaq yəqin ki, çox çəkməz, fermaya nəzarət etməyə asudə vaxt taparlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"