"Neftçi”də bircə nəfər çatışmır - FOTOREPORTAJ

18 Yanvar 2021 09:20 Neftçi 682
"Neftçi”də bircə nəfər çatışmır - FOTOREPORTAJ

"Neftçi” təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, İdman Akademiyasında fiziki testdən keçən komanda üzvləri proqrama uyğun olaraq 1 məşqlə kifayətlənib.

Hazırlıq prosesində Yusuf Lavaldan başqa bütün futbolçular iştirak edib.

Toplanış çərçivəsində yanvarın 10-u "Kəpəz” (1:0), 14-ü "Keşlə” (4:3) ilə qarşılaşan "Neftçi” qış fasiləsindən sonra ilk rəsmi oyununu ayın 21-də keçirəcək. "Ağ-qaralar" həmin gün saat 16:00-da "ASCO Arena”da "Səbail”in qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu