Azərbaycan millisinin oyunlarına heç kim buraxılmayacaq?

13 May 2020 18:18 Milli komanda 588
Azərbaycan millisinin oyunlarına heç kim buraxılmayacaq?

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə milli komandaların 2020-ci ilin sonunadək keçirəcəyi oyunlara azarkeşlər buraxılmayacaq.

Sportinfo.az xəbər verir ki, UEFA bununla bağlı bu gün quruma üzv olan 55 milli assosiasiyanı məlumatlandıracaq.

Yerli federasiyalara builki oyunlarda izdihamın olmaması üçün müvafiq tapşırıq veriləcək.

Bu, Azərbaycan yığmasının da iştirak edəcəyi Millətlər Liqasının sentyabrda startı nəzərdə tutulan yeni mövsümünə, həmçinin AVRO-2020-nin oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan pley-off oyunlarına şamil olunacaq.

Bu mövsüm Millətlər Liqasının C liqasında mübarizə aparmalı olan Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti