İlkin Fikrətoğlu hazırladı: Millinin "ev"də ilk oyunu, Terimin Bakıya ilk səfəri... VİDEOSÜJET

9 Aprel 2020 16:42 Milli komanda 1 050
İlkin Fikrətoğlu hazırladı: Millinin "ev"də ilk oyunu, Terimin Bakıya ilk səfəri... VİDEOSÜJET

Futbol üzrə Azərbaycan yığmasının ilk dəfə Bakıda meydana çıxdığı tarixi oyundan bu gün 24 il ötür.

UEFA-nın qərarına əsasən yığmamız 1994-95-ci illərdə AVRO-96-nın seçmə mərhələsində ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirirdi.

Yalnız Bakıda ictimai-siyasi vəziyyət sabitləşdikdən sonra qitənin ali futbol qurumu Azərbaycan millisinə ev oyunlarıın öz azarkeşləri qarşısında oynamağa icazə verdi. Bakıya ilk səfər edən komanda isə qardaş Türkiyə yığması oldu.

"İmperator" ləqəbli Fatih Terimin başçılığı altında 1996-ci il aprelin 9-da Respublika stadionunda yığmamızla qarşılaşan Türkiyə millisi bu yoldaşlıq görüşündə 1:0 hesablı qələbə qazandı.

Sportinfo.az-ın şef redaktoru İlkin Fikrətoğlu həmin tarixi oyunla bağlı videosüjet hazırlayıb.

Digər Xəbərlər
Xəbər Lenti