AFFA-nın milli üçün iki KONKRET NAMİZƏDİ – SON DƏQİQƏ

19 Fevral 2020 12:15 Milli komanda 2 147
AFFA-nın milli üçün iki KONKRET NAMİZƏDİ – SON DƏQİQƏ

Millimizin yeni baş məşqçisinin adı qarşıdakı birneçə həftə ərzində məlum olacaq.

Hər halda AFFA rəhbərliyi Nikola Yurçeviçdən boşalan posta kimi gətirəcəyini müəyyənləşdirməyə çalışır.

Ola bilsin, təyinat gələn ayın əvvəlində rəsmiləşdi. O mümkündü ki, məsələ martın sonunadək uzansın. Bu, namizədlərlə aparılan danışıqların axarından və şərtlərin qarşılıqlı olaraq razılaşdırılıb-razılaşdırılmamasından asılıdır.

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov ötən ayın axırında verdiyi açıqlamada bildirmişdi ki, 32 əcnəbi mütəxəssisin adı siyahıda yer alıb. İcraiyyə Komitəsi öncə variantları saf-çürük etməli, ardınca konkret namizədlərin üzərində dayanmalıdır.

Sportinfo.az-ın məlumatına görə, AFFA hazırda 2 məşqçi məşqçi arasında seçim edir. Biri italyan, digəri ispaniyalıdır.

Federasiyanın nümayəndələri artıq onlarla görüşüb və fikirlərini alıb. Federasiyanın milli komandalar üzrə vitse-prezidenti Elşad Nəsirov yığmanın sükanı arxasına apenninli mütəxəssisin gətirilməsini israr edirsə, İcraiyyə Komitəsinin bəzi üzvləri pireneyli çalışdırıcının futbolumuza daha uyğun gələcəyini düşünür.

Digər Xəbərlər
Xəbər Lenti