"Azərbaycan pasportu alacağıma görə sevinirəm"

18 Fevral 2020 17:50 Milli komanda 1 001
"Azərbaycan pasportu alacağıma görə sevinirəm"

“Keşlə”nin legioneri Sezar Meza Kolli onun milliləşdiriləcəyi ilə bağlı AFFA-nın bu gün yaydığı açıqlamayla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı paraqvaylı yarımmüdafiəçi Azərbaycan millisində çıxış etməyə hazır olduğunu deyib:

“Həmişə demişəm ki, Azərbaycan mənim ikinci vətənim kimidir. Azərbaycan pasportu alacağıma görə sevinirəm.

Bu, mənim üçün yaxşı xəbərdir. Çalışacam ki, dəvət alacağım təqdirdə Azərbaycan millisinə maksimum dərəcədə xeyirli olum” (azerisport).

Digər Xəbərlər
Xəbər Lenti