Şeydayev Sadıqovu millinin baş məşqçisi görmək istəyir - VİDEO

18 Fevral 2020 15:02 Milli komanda 1 022
Şeydayev  Sadıqovu millinin baş məşqçisi görmək istəyir - VİDEO

"Millinin baş məşqçisinin yerli və əcnəbi olmasının mənim üçün fərqi yoxdur.

Futbolçuyam, mənim işim futbol oynamaqdır. Baş məşqçi nə deyəcəksə, meydanda onu yerinə yetirməyə çalışacağam".

bu fikirləri "Sabah"a keçən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev İctimai televiziyada yayımlanan "Bol İdman" verilişində deyib.

24 yaşlı hücumçu bildirib ki, baş məşqçinin əlində hansı futbolçuların olması da nəzərə alınmalıdır: "Məndən soruşularsa, yığma kimi baş məşqçi görmək istəyirəm.

Rəşad müəllimi (Rəşad Sadıqov) milli komandada görmək istərdim. Ona müraciət edirəm. Karyeranı bitir və milliyə gəl".(gülür)

Forvard "Rəşad Sadıqov hansı xüsusiyyətlərinə görə millidə baş məşqçi ola bilər" sualına isə belə cavab verib:

"Fikrimcə, Rəşad Sadıqov müasir futbolu yaxşı bilir, futbola müasir baxışı var və gəncdir. Bir çoxları deyirlər ki, Rəşadın təcrübəsi yoxdur. Düşünürəm ki, Sadıqov milli komandaya kömək edə bilər".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"