Millimizin üzvü barədə: "Problem deyil, o, bizim üçün dəyərlidir”

18 Fevral 2020 12:42 Milli komanda 493
Millimizin üzvü barədə: "Problem deyil, o, bizim üçün dəyərlidir”

Millmizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue Ersgebirge”nin baş məşqçisi Dirk Şuster evdəki “Holştayn” məğlubiyətini (1:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının daha yaxşı çıxış edəcəyini bildirib:

“Məğlub olmaq yaxşı deyil. Azarkeşlərimiz önündə daha fərqli çıxış etməliyik. Ancaq bunları unutmaq lazımdır. Çalışmalıyıq ki, qarşılaşmanın ikinci hissəsindəki oyunumuzu davam etdirək.

Bəzi futbolçular daha çox əzmkarlıq etməlidirlər. Qol vurmağımız bizi məğlubiyyətdən qurtarmasa da, komandamın istəkli olması sevindiricidir. Nazarovun meydana sonradan çıxması problem deyil. O, bizim üçün dəyərlidir”.

“Ersgebirge”nin oyundakı yeganə qolunu Nazarov vurub. O, ikinci hissə meydana daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti