Vətəndaşlığını dəyişmək istəmədi, Azərbaycan yığmasından imtina etdi

17 Fevral 2020 17:48 Milli komanda 944
Vətəndaşlığını dəyişmək istəmədi, Azərbaycan yığmasından imtina etdi

Azərbaycan millisinin sabiq üzvü David Qarayev Rusiya mətbuatına müsahibə verib

O, 2013-cü ildə U-18 yığmamızın heyətində yoxlama görüşündə iştirak edib.

Sportinfo.az xəbər verir ki, “Kamaz”ın hücumçusu Azərbaycan vətəndaşlığından imtina etməsini səbəbini deyib: "Həmin vaxt bir çox əcnəbini milliləşdirdilər.

O vaxt Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən legioner sayıldım. Çünki Azərbaycanın gənclərdən ibarət komandasında bir neçə oyun keçirmişdim.

Mən isə yalnız Rusiya vətəndaşlığını istəyirdim. Belədə mənə daha asan olurdu. Bu vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi”.

Digər Xəbərlər
Xəbər Lenti